1 C
Baku
Saturday, December 14, 2024

İngilis bankirlər “Brexit” əleyhinə üsyan hazırlayırlar

London şəhərinin kənarında, aparıcı bankirlər və “hedge” fondların menecerlərinin məskunlaşdığı bir yerdə siyasi inqilab başlaya bilər. Düzdür, buna inanmaq çətindir.

Banker.az xəbər verir ki, Britaniyanın Mühafizəkarlar Partiyasının dayağı (“hedge” fondların rəhbəri), uzun illərdir yerli millət vəkili və İngiltərənin xarici işlər naziri olan Dominic Raab-ın vəzifəsindən azad edilməsinə nail olmağa çalışır.

O, ev qiymətlərinin ortalama ilə 759 min funt sterlinq olduğu bir rayonda yaşayır. “Hedge” fondların rəhbəri hər gün ofisindən təxminən 2 milyard dollar vəsaiti idarə edir.

O, rəqibini Dominic Raab-ı və İngiltərənin Avropa İttifaqından çıxmasına qarşı olan Liberal Demokrat Partiyasının nümayəndəsi Monica Harding-i dəstəkləyir.

Ötən ay fondun rəhbəri Londonun investisiya bankında iqtisadçılar və strateqlərlə görüşdə iştirak etdiyini qeyd etmişdir. Bu görüşün dünya ticarət müharibəsinə həsr ediləcəyi ehtimal olunsa da, mövzu fond rəhbərinin Liberal Demokratik Partiyasının konfransına səfər etməsi məsələsi ilə əvəz olundu.

“Brexit” dən sonra şəhərin taleyi təhlükə altındadır: Londonun maliyyə sənayesi ingilis iqtisadiyyatının qızıl mədənidir. Dominic Raab İngiltərənin yeni baş naziri olan Boris Johnson-un ölkənin Avropa İttifaqından çıxması ilə bağlı mövqeyini dəstəkləyir. Əslində, bu mövqe ölkənin Eşer və Uolton ərazilərində populyar deyil, çünki “Brexit 2016” referendumunda əhalinin 60%-i ölkənin Avropa İttifaqından çıxmasının əleyhinə səs vermişdir.

Harding qeyd edir: “Son iki ayda daha çox qazanmışıq, nəinki son iki-üç ildə. Bu əsl inqilabdır, siyasi zəlzələdir”.

Buna baxmayaraq, sorğunun nəticələri o qədər də ürəkaçan olmamışdı. Raab 25 min səs çoxluğunu alır və növbəti seçkilərdə partiyanın hədəf siyahısında 58-ci yer tutur. Liberal Demokrat Partiyasına əhalinin təxminən 12%-i səs verəcək.

Eşer və Uolton rayonu – Londonun ətrafında yerləşən kəndlərdir.

Milli sorğunun nəticələrinə görə, liberal-demokratlar, çox güman ki, Leyborist Partiyasını ötüb keçə biliblər.

Leyboristlər bankirlərin dəstəyinə arxalanırlar, partiyanın lideri Jeremy Corbyn “Brexit” məsələsinə münasibətdə ikili mövqe saxlayır.

“Hedge” fondların rəhbərlərinin əksəriyyəti “Brexit” i dəstəkləmir.

“Funt düşəcək, iqtisadiyyat yavaşlayacaq, daşınmaz əmlak bazarı çökəcək, hər şey pis olacaq”, – rəhbərlərdən biri bildirib.

Harding hesab edir ki, hər şey göründüyündən daha sadədir: “Onlar pullarını və iş yerlərini itirmək istəmirlər sadəcə. İngiltərə Avropa İttifaqından çıxsa, 1600 insan iş yerini itirəcəkdir. Yeni iş yerini tapmaq üçün müəyyən qədər vaxt tələb olunacaq”.

Qeyd edək ki, regionda Mühafizəkarlar Partiyası hökmranlıq edir, lakin indi əhval-ruhiyyə yavaş-yavaş dəyişməyə başlayır.

“Brexit”-in tərəfdarları

Bu inqilab lokal xarakter kəsb edir, çünki “Brexit” in tərəfdarları çoxdur.

“Çoxları məsələyə praqmatik yanaşır və azadlığa görə minnətdardır. Bazarlarda dəyişkənlik aşağı olduqda, pul qazanmaq çətin olur, çünki heç kim ticarət etmir”, -deyə Business Insider  qeyd edir.

Hər halda, dəyişikliklər uzaq deyillər, liberallar heç vaxt hakimiyyətə gəlməsələr də.

“Altı ay bundan əvvəl mən Liberal Partiyaya səsə vermişdim, Tori tərəfdarları isə məni qınadılar. İndi onlar liberalları dəstəkləyirlər və məndən üzr belə istəmədilər”, -deyə “hedge” fondun rəhbəri bildirir.

Son xəbərlər
Digər xəbərlər