Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov “Space” TV-də yayımlanan “Sadə həqiqətlər” verilişinin qonağı olub.
Keçmiş prezident “Eks-prezidentlər haqqında qanun”dan sonra 10 min manat təqaüd aldığını deyib. Mütəllibov aparıcının “Siz vaxtilə Heydər Əliyevi Vətənə qoymadınız, ona Bakıda 1 mənzil qıymadınız, ancaq onun oğlu sizi qürbətdən Vətənə gətirdi” sözlərinə belə cavab verib:
“Mənim ailəm qürbətdə olmazın əziyyətlər çəkib. Moskvada yaşayan azərbaycanlılar məni əlimdə “setka” çörək dalınca gedərkən görəndə deyirdilər ki, “Ayaz müəllim, sizsiz bu?”. Deyirdim, bəli, mənəm. Əvəz-əvəz olmamalıdır. Mənim günahım varsa, üzümə deyin. Razılaşıb-razılaşmamaq mənim işimdir. Mən deyirəm: “Allah mənim vəziyyətimə heç kimi salmasın. Mən bilirəm, prezidentlər nələr çəkir”.
©Qafqazinfo.az