6 C
Baku
Sunday, December 15, 2024

ABŞ və Yaponiya arasında ticarət müqaviləsi imzalanıb

ABŞ və Yaponiya arasında ticarət müqaviləsi imzalanıb. Düzdür, hamının gözlədiyi Pekin ilə deyil, Tokio ilə. Müqavilənin şərtlərinə görə, tərəflər kənd təsərrüfatı sahəsində əməkdaşlığı inkişaf etdirilməsi üzərində çalışacaqlar.

Banker.az xəbər verir ki, bundan əlavə, ölkələr əlavə ABŞ-Yaponiya rəqəmsal ticarət sazişi imzaladılar. Müqavilə Ağ Evdə imzalanmışdır, görüş zamanı ABŞ prezidenti bu sövdələşməni fenomenal adlandırıb.

“Bu iki müqavilə ölkələrimiz üçün böyük bir qələbədir. Onlar saysız-hesabsız iş yerləri açacaq, ticarətə qoyulan sərmayəni genişləndirəcək, ticarət kəsirimizi əhəmiyyətli dərəcədə azaldacaq, ədalətli münasibətləri təşviq edəcək və inkişaf üçün yeni imkanlar açacaqdır. Bu müqavilələr amerikan fermerləri üçün oyunun qaydalarını dəyişdirir”, – Tramp bildirib.

Ağ Evin verdiyi məlumata görə, Yaponiya ABŞ üçün üçüncü ən böyük ixrac bazarıdır, hansıki təxminən 14 milyard dollar dəyərində qiymətləndirilir. Razılaşmaya əsasən, Yaponiya kənd təsərrüfatı məhsullarına münasibətdə tətbiq etdiyi ticarət tariflərini 7 milyard dollar azaldacaqdır. Bunun müqabilində Vaşinqton yapon mallarına qoyulan rüsumları ləğv edəcəyini vəd edir.

Bütün bunlara baxmayaraq, demək asandır, tərəflərin öz üzərində götürdüyü öhdəlikləri yerinə yetirib-yetirməməsi hələ sual altındadır.

Qeyd edək ki, yaxın zamanda Vaşinqton Çin ilə danışıqlar keçirməyi planlaşdırır. Tərəflər ticarət münaqişəsinin sona çatacağına ümid edirlər.

Son xəbərlər
Digər xəbərlər