Oppo” şirkəti Çində ən məhsuldar smartfonlarından birini – “Reno Ace” təqdim edib.
“Reno Ace” smartfonu “Snapdragon 855 Plus” prosessoru, “Full HD” formatlı 6,5 düymlük displey, həmçinin 4 kamera ilə təchiz edilib. Əsas kamera 48 mp-lik “Sony IMX586” sensoru ilə təchiz edilib. Aparat 13 mp-lik və 5 qat zum funksiyasına malik teleobyektivə malikdir. Həmçinin genişbucaqlı kamera və ağ-qara sensor mövcuddur.
Əməli yaddaşın tutumu 12 QB-dır. “Dolby 5.1” texnologiyası, kontaktsız ödənişlərin edilməsi üçün “NFC” çipi mövcuddur.
“Reno Ace” smartfonuna 4000 milliamper/saat tutumunda ikielementli akkumulyator quraşdırılıb. Sürətli enerji doldurmaq üçün 65 vatlıq “SuperVOOC” texnologiyası hazırlanıb. “Oppo” şirkətinin rəsmisi bildirib ki, batareya 30 dəqiqə ərzində tam enerji (100%) toplayır. 5 dəqiqəlik şarj isə qurğudan 2 saat istifadə etmək üçün kifayət edir.
©İctnews