10 C
Baku
Thursday, December 12, 2024

“TikTok” Mark Zuckerbergin işçilərini özünə cəlb etməyə çalışır

Çində və dünyanın digər bir çox ölkəsində populyarlaşmış “TikTok” video xidməti, Silikon Vadisində yeni ofis açaraq “Facebook” un işçilərini özünə çəkməyə başlayıb.

Xatırladaq ki, daha əvvəl “TikTok” un ofisi ABŞ-ın Kaliforniya ştatında yerləşib.

Banker.az xəbər verir ki, daha əvvəl istifadəçi uğurunda mübarizə aparan şirkətlər, indi işçi uğurunda döyüşürlər.

“TikTok” – qısa musiqi videoları yaratmağa, onları canlı rejimdə yayımlamağa və mesaj mübadiləsini həyata keçirməyə imkan verən sosial şəbəkədir. Çində “Douyin” kimi tanınıb. 2016-cı ilin sentyabr ayında istifadəyə verilmiş, hazırda Çində qısa videolar üçün aparıcı platformadır.

Bu sosial şəbəkənin əsas auditoriyasının yeniyetmələr olduğu güman edilsə də, Çində tətbiqin istifadəçilərinin 60%-ni 25-44, Çindən kənarda isə 16-24 yaş aralığındadır. 

Hal-hazırda tətbiqdən gündə 700 milyon çox insan istifadə edir. Əlbəttə ki, bu istifadəçi sayına görə “TikTok” “Facebook” (2,1 milyard nəfər) ilə müqayisə edilə bilməz.

Yeni ofislə yanaşı, “TikTok” və “ByteDance” yeni vakansiyalar elan ediblər, bu haqda “LinkedIn” məlumat verib. Qeyd edək ki, 2018-ci ildə şirkət “Facebook” dan iyirmidən çox işçi işə götürüb.

Düzdür, “Facebook” un da müəyyən üstünlükləri var – pulsuz yemək, məsələn. Lakin əmək haqqının səviyyəsi baxımından “TikTok” daha rəqabətqabiliyyətli şirkətdir. Nəşrin həmsöhbətlərindən birinin dediyinə görə, “TikTok” əməkdaşlarına daha yüksək maaş təklif edir (20%).

Şirkət təkcə “Facebook” un deyil, həmçinin “Apple”, “YouTube”, “Amazon”, “Snap” və “Hulu” kimi tanınmış şirkətlərin təcrübəli işçilərinə maraq göstərir.

İndiki zamanda  “TikTok”  hələki “Facebook” un rəqibləri sırasına daxil olmasa da, şirkət Mark Zuckerbergin diqqətini cəlb edib.

Onun sözlərinə görə, “TikTok” u bəyənirlər və tətbiq ABŞ və Hindistan da daxil olmaqla dünyanın bir çox ölkəsində populyarlıq qazanıb.  Baş direktor potensial rəqibi ilə “Lasso” tətbiqi vasitəsilə rəqabət aparmağı düşünür. “Facebook” onu 2018-ci ilin noyabrında buraxıb və bu günə qədər tətbiq yalnız ABŞ-da işləyib.

“Biz “Lasso” nu “TikTok” un hələ populyar olmadığı ölkələrdə işə salmağı planlaşdırırıq. Yalnız bundan sonra böyük bazarlara çıxacağıq”.

“TikTok” və “Lasso” tətbiqlərinin digər analoqu “Yandex” şirkətinin buraxdığı “Sloy” tətbiqidir.

 

Son xəbərlər
Digər xəbərlər