7 C
Baku
Thursday, December 12, 2024

ABŞ-ın maliyyə naziri Türkiyəni yeni sanksiyalarla hədələyir

Türkiyə Suriyanın şimal-şərqində başladığı hərbi əməliyyatları dayandırmayacağı təqdirdə, ABŞ Türkiyəyə qarşı əlavə sanksiyalar tətbiq edəcək.

Banker.az xəbər verir ki, bu haqda ABŞ-ın maliyyə naziri Stiven Mnuchin məlumat verib.

“Atəşkəs rejiminə əməl olunmasa, ABŞ Türkiyəyə qarşı əlavə sanksiyalar tətbiq edəcək”, – deyə Maliyyə Nazirliyinin rəhbəri bildirir.

Oktyabrın 15-də Donald Tramp, Suriyanın şimal-şərqində hərbi əməliyyatlara başlanması səbəbindən Türkiyəyə qarşı sanksiyalar tətbiq etmişdir. Məhdudiyyətlər Energetika Nazirliyi, Müdafiə Nazirliyi və bir neçə vəzifəli şəxsə şamil olunub. Tərəflər razılığa gələ bilmədiyi təqdirdə, Donald Tramp Türkiyə iqtisadiyyatını məhv edəcəyini bildirib. Qeyd edildiyi kimi, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan ilə görüşmək üçün Ankaraya ABŞ-ın vitse-prezidenti Mayk Pens və dövlət katibi Mayk Pompeo səfər edib.

Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın isə öz növbəsində Ankaranın ABŞ-a qarşı cavab sanksiyaları hazırladığını söyləyib.

Son xəbərlər
Digər xəbərlər