İsveçin “Volvo” şirkəti tarixində ilk dəfə olaraq elektrikli avtomobil, XC40 krossoverini istehsal edib.
Banker.az xəbər verir ki, bu haqda brendin mətbuat xidməti məlumat verib.
Avtomobil yeni olan CMA (Compact Modular Architecture) platforması üzərində qurulub. XC40 modelinin adi versiyasından fərqli olaraq, burada qəza zamanı qüvvələrin paylanmasını optimallaşdırmaq və insan xəsarətini minimuma endirmək üçün elektrik mühərrik karkasın daxilində yerləşdirilib.
Avtomobilin salonunda elektron interfeys olacaq, onun köməyi ilə sürücü avtomobil sistemlərinin işi haqqında məlumat ala biləcək.
Elektrikli mühərrik daxili yanma mühərrikinə nisbətən daha az yer tutur, buna görə də Volvo XC40 elektrikli krossoverin kapotu altında mühəndislər 30 litrlik yer ayırıblar.
Avtomobil batareyası 40 dəqiqəyə 80% qədər enerji ilə dolur. Xatırladaq ki, oktyabrın 7-də “Volvo” və “Geely” müasir detalların istehsalı sahəsində öz səylərini birləşdirmək niyyətində olduqlarını bildiriblər.