Maliyyə Nazirliyi Azərbaycan Respublikasının 2020-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdim edib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, 2020-ci il və ortamüddətli dövrdə respublikanın milli iqtisadiyyat və iqtisadiyaytın başlıca sektorları üzrə Strateji Yol Xəritələrindən irəli gələn vəzifələrin icrası, dövlət büdcəsinin vəsaiti hesabına həyata keçriilməsi nəzərdə tutulmuş dövlət proqramlarının və tədbirlərinin maliyyələşdirilməsi üzrə tədbirlər büdcə xərclərinin əsas prioritetlərindən olacaq.
2019-cu ildə artım istiqamətlərinin maliyyə tutumu 2,3 milyard manata bərabər olmaqla 4,2 milyon nəfəri əhatə edəəck.
Layihədə göstərilib ki, sosialyönlü siyasətin prioritetliyi 2020-ci ildə də saxlanılmaqla, bəzi sahələr üzrə əməkhaqlarının artırılması nəzərdə tutulur.
2019-cu ildə tətbiq olunmuş və 2020-ci ilə proqnozlaşdırılan artımlar üçün növbəti ilin dövlət və icmal büdcələrində cəmi olaraq 4,0 milyard manatadək əlavə vəsait nəzərdə tutulub.
Eyni zamanda bildirilib ki, bütün bunlar nəzərə alınmaqla, 2020-ci il üçün dövlət büdcəsinin sosialyönlü xərcləri 10373,7 milyon manat məbləğində pronozlaşdılıb ki, bu da 2019-cu illə müayisədə 2605,8 milyon manat və ya 33, 5 faiz çoxdur.
Sosiyonlü xərclərin dövlət büdcəsin xərclərinin tərkibində xüsusi çəkisi 38, 5 faiz təşkil edəəck ki, bu da 2019-cu illə müqayisədə 7,7 faiz-bənd çoxdur.
Son 5 ildə yəni 206-cı illə müayisədə 2020-ci ildə sosialyönlü xərclər 1,7 dəfə, büdcə xərclərinin tərkibində isə xüsusi çəkisi 3,4 faiz-bənd artıb.