6 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanın xarici dövlət borcu 8,9 milyard ABŞ dolları olub

2019-cu il 1 iyul tarixinə beynəlxalq maliyyə-bank qurumları və digər kredit təşkilatları ilə 12, 2 milyard ABŞ dolları məbləğində kredit sazişləri imzalanıb.

Bu barədə Maliyyə Nazirliyinin (MN) mətbuat xidmətindən  təqdim olunan 2020-ci ilin dövlət və icmal büdcələri üzrə layihədə əks olunub.

Layihəyə əsasən, sazişlər əsasında istifadə olunmuş kreditlər üzrə Azərbaycan Respublikasının xarici dövlət borcunun ümumi məbləği şərti maliyyə öhdəlikləri (təxminən 10,0 %) daxil olmaqla 8,9 milyard ABŞ dolları olub.

Gələn il dövlət büdcəsində dövlət borclarına xidmətlə bağlı xərclər (əsas borc və faizlər) üçün 1828,2 milyon manat vəsait nəzərdə tutulub ki, bu da 2019-cu illə müqayisədə 506,6 milyon manat və ya 21, 7 % azdır. Həmin xərclərin 133,2 milyon manatını daxili dövlət borcuna xidmət xərcləri, 1695,0 milyon manatını isə xairici dövlət borcuna xidmət xərcləri təşkil edir.

 2020-ci il üzrə daxili dövlət borclanmasının yuxarı həddi 400,0 milyon manat, xarici dövlət borclanmasının yuxarı həddi 1000,0 milyon manat və il ərzində veriləəck dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi 1000,0 milyon manat məbləğində proqnozlaşdırılır.

 

Son xəbərlər
Digər xəbərlər