-1 C
Baku
Sunday, December 15, 2024

Şahin Mustafayev vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olundu

Azərbaycan Prezidenti İlham Əliyev 22 oktyabr 2019-cu il tarixində iqtisadiyyat naziri 54 yaşlı Şahin Mustafayev Baş Nazirinin müavini təyin edilməsi haqqında sərəncam imzalayıb. Bu barədə Banker.az Prezidentin rəsmi internet səhifəsinə istinadən xəbər verir.

“Şahin Abdulla oğlu Mustafayev Azərbaycan Respublikası Baş Nazirinin müavini təyin edildin”, deyə sərəncamda deyilir.

Digər sərəncamla o, iqtisadiyyat naziri vəzifəsindən azad edilib.

Bildirək ki, ötən gün, Hacıbala AbutalıbovƏli Həsənov Baş nazirin müavinləri vəzifələrindən azad edilmişdilər.

Şahin Mustafayev haqqında

Şahin Mustafayev 1965-ci ildə anadan olub. 1989-cu ildə M.Voznesenski adına Maliyyə-İqtisad İnstitutunun Bakı filialını bitirib. 1990-1991-ci illərdə Bakı Baş Tikinti İdarəsində baş mühasib işləyib.

1991-1992-ci illərdə “Spektr” kiçik müəssisəsində baş mühasib, 1992-1999-cu illərdə Nəsimi rayonu üzrə Dövlət Vergi Müfəttişliyində dövlət vergi müfəttişi, böyük dövlət vergi müfəttişi, baş dövlət vergi müfəttişi və şöbə rəisi olub.

1999-2000-ci illərdə Baş Dövlət Vergi Müfəttişliyində İqtisadi Təhlil, Uçot, Hesabat və Vergi Daxilolmalarının Proqnozlaşdırma İdarəsində şöbə rəisi, 2000-2003-cü illərdə AR Vergilər Nazirliyinin İqdisadi Təhlil və Uçotun Təşkili İdarəsinin rəis müavini, rəisi, 2003-2005-ci illərdə AR Dövlət Neft Şirkətində mərkəzi mühasibatlığın baş mühasibi, İqtisadiyyat və Uçot İdarəsinin, 2005-2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İqtisadi məsələlər üzrə vitse-prezidenti, 2006-2008-ci illərdə Azərbaycan Respublikası Vergilər nazirinin birinci müavini vəzifələrində işləyib.

2008-2013-cü illərdə Azərbaycan Respublikasının İqtisadi İnkişaf naziri, 2013-2016-cı illərdə isə Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye naziri vəzifələrində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının İqtisadiyyat naziri təyin edilmişdir.

Həmçinin, Azərbaycan Stolüstü Tennis Federasiyasının Prezidentidir. Ailəlidir, 3 övladı var. 

Son xəbərlər
Digər xəbərlər