9 C
Baku
Thursday, December 12, 2024

Akif Əlizadənin istefa xəbəri təsdiqləndi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə vəzifəsindən istefa verib.

Bu barədə açıqlamasında AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli bildirib. Onun sözlərinə görə, A.Əlizadə bundan sonra fəaliyyətini Geologiya İnstutunun direktoru kimi davam etdirəcək.
“Akif Əlizadə Azərbaycan elminə yarım əsrdən artıq xidmət etmiş görkəmli alimdir. O, ən müsxtəlif vəzifələrdə Akademiyanın inkişafında özünəməxsus xidmətlər göstərib. Uzun illər Geologiya İnstututunun direktoru, akademik katib, vitse-prezident vəzifələrində çalışaraq AMEA-nın inkişafına xidmət edib. Akademiyanın prezidenti işlədiyi dövrdə də ölkəmizin başçısı İlham Əliyevin rəhbərliyi altında AMEA-da islahatların keçirilməsi istiqamətində faydalı işlər aparıb. O, Azərbaycan elminin qarşısında böyük xidmətləri olub”.

İ.Həbibbəyli qeyd edib ki, bütün bunlarla yanaşı, ölkəmizdə aparılan indiki kadr islahatları, Prezidentin çağırışları zamanın tələbidir. “Akif müəllim 87 yaşının içərisindədir. Bundan sonra Geologiya İnstuitunun direktoru kimi fəaliyyətini davam etdirəcək, Azərbaycan elminə xidmət göstərməyə davam edəcək. Akademiyanın alimləri ölkə başçısının apardığı kadr islahatlarını, cəmiyyətdə gedən iri miqyaslı islahatları dəstəkləyirlər”.

Vitse-prezident AMEA prezidentliyinə namizədlərin hələ bəlli olmadığını qeyd edib. Onun sözlərinə görə, Akademiyaya yeni prezidentin seçilməsi bu gün 16:00-da olacaq.

AzVison

Son xəbərlər
Digər xəbərlər