Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Dəstək və İnkişaf Fondu ölkədə taxıl istehsalı ilə bağlı layihələrə 71 mln dollar ayırıb.
Report agentliyi xəbər verir ki, bunu Azərbaycan İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov bu gün Bakıda keçirilən Beynəlxalq Taxılçılıq Forumunda bildirib.
Onun sözlərinə görə, sözügedən layihələr ölkədə böyük aqroparkların və böyük fermer təsərrüfatlarının yaradılmasını ehtiva edir: “Bununla yanaşı, Fond 463 min tonluq 30 taxıl anbarının yaradılması üçün kreditlər də ayırıb.