Biznes dünyası plastik tullantıların artması problemi ilə bağlı səhv qərarlar qəbul edir və alıcılarını yanıldır. Plastik kağız ilə əvəz olunsa da, ətraf mühitə vurulan zərər azalmır.
Banker.az xəbər verir ki, Korporasiyalar istifadə etdikləri plastik qablaşdırmanın ətraf mühit üçün zərərsiz olduğunu bəyan edirlər, çünki onlar təkrar emal üçün yararlıdır. Lakin “Greenpeace” təşkilatının fikrincə, şirkətlər plastik qabların istehsalı zamanı ətraf mühitə vurulan zərəri nəzərə almırlar.
Təşkilat korporasiyaları birdəfəlik istifadə qablarının istehlakını azaltmağa çağırır və bu, 10 milyard dollar qənaət edəcək.
Təklif olunan alternativ – qalıq karbohidrogenlərdən hazırlanan bioloji plastik – bu problemi həll etməyəcəkdir. Onun yetişdirmək üçün kənd təsərrüfatı məhsullarından istifadə ediləcək, bu isə ərzaq təhlükəsizliyi üçün əlavə təhdiddir. Bundan əlavə, əkin sahələri meşələri məhv edə bilər.
Plastikin kağız ilə əvəz olunması da çıxış yolu deyil, çünki onun istehsalı üçün meşələr kəsilir. Çox vaxt kağız qablaşdırma təkrar emal üçün yararsız olur, məsələn, “McDonald’s” ın eko-borucuqlar 2018-ci ildən başlayaraq Böyük Britaniya və İrlandiyada tətbiq olunmağa başlayıb.
Xatırladaq ki, mart ayında Avropa İttifaqının 2021-ci ildən başlayaraq plastik qab-qacağın istehsalını ləğv edəcəyi məlum olmuşdur: boşqablar, stəkanlar, çəngəllər, qaşıqlar və borucuqlar. 2030-cu ilə qədər plastik butulkaların 30%-i təkrar emal xammalından hazırlanacaq.







