13 C
Baku
Tuesday, May 7, 2024

Azərbaycanda bank sektorunun xalis mənfəəti 3 dəfə artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın bank sektoru 645,7 mln. manat əməliyyat mənfəəti generasiya edib ki, bu da illik ifadədə 136,6 mln. manat və ya 26,8% çoxdur.

Hesabat dövründə sektorun xalis mənfəəti 522,7 mln. manat təşkil edib ki, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 3 dəfə çoxdur.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə faiz gəlirləri 10,6%, kreditlər üzrə faiz gəlirləri isə 14,4% artıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər