“SoftBank” sərmayə qoyduğu şirkətlərin, o cümlədən “WeWork” və “Uber Technologies Inc”-in dəyərinin kəskin şəkildə aşağı düşməsi səbəbindən 5 milyard dolları silməyi planlaşdırır.
Banker.az xəbər verir ki, bu məlumat noyabrın 6-da, Yaponiya konqlomeratının ikinci rüb üçün maliyyə nəticələrinin təqdim ediləcəyi tarixdə açıqlanacaq.
Mənbələrin birinə görə, bankın siləcəyi məbləğ 7 milyard dollara çata bilər, lakin bu rəqəm hələ dəqiq deyil və növbəti aya qədər dəyişdirilə bilər.
Bloomberg-in verdiyi məlumata görə, iyun ayının 30-dan sentyabrın 30-a qədər “SoftBank” ın “Uber” dəki 13%-lik payı 3,5 milyard dollara qədər azalıb.
Bununla yanaşı, konqlomeratın “WeWork” dakı payı da azalacaq – 8%-ə qədər. Şirkət 5 milyard dolları maliyyələşdirməyə, 3 milyard dolları isə tender təklifi çərçivəsində səhmlərə ayıracaq.
CNBC-nin daha əvvəl verdiyi məlumata görə, razılaşma çərçivəsində “WeWork” 7,5-8 milyard dollar dəyərində qiymətləndiriləcək. Xatırladaq ki, yanvar ayında startapın dəyəri 47 milyard dollar təşkil edib.