2 C
Baku
Saturday, December 14, 2024

Ziraat Bank Azərbaycan” ASC-nin 4-cü filialını Türkiyənin Xarici İşlər Naziri Mevlüt Çavuşoğlu Sumqayıtda açdı

“Ziraat Bank Azərbaycan” ASC 25.10.2019 tarixində 4-cü filialının açılışını Sumqayıt şəhərində həyata keçirmişdir. Açılışda Turkiyə Cumhuriyyətinin Xarici İşlər Naziri Mevlüt Çavuşoğlu , Sumqayıt şəhər İcra Başçısı Zakir Fərəcov, Türkiyənin Azərbaycandakı səfiri cənab Erkan Özoral, Ziraat Bank Türkiyə İdarə Heyəti Üzvü Fevzi Çutur, “Ziraat Bank Azərbaycan” ASC-nin İdarə Heyətinin sədri Avni Demirci, Şimali Kiprin Azərbaycan səfiri Ufuk Turqanər, Azərbaycanlı iş adamları və Azərbaycanda fəaliyyət göstərən Türkiyəli iş adamları da iştirak ediblər.

Türkiyənin Xarici İşlər Naziri Cənab Mevlüt Çavuşoğlu açılışda filialı gəzərək işçilərlə söhbət edərək, Ziraat Bank Azərbaycanın “Bankkart” məhsulunu bankın sədri Avni Demircidən qəbul etdi.

“Ziraat Bank Azərbaycan” ASC-nin İdarə Heyətinin Sədri Avni Demirci çıxışında dörd il öncə qurulan Ziraat Bankın 4-cü filialının istehsal və sənayə bölgəsi olan Sumqayıt şəhərində açılmasına diqqət çəkdi və Azərbaycanda istehsalatın inkişafına yönəlik addımlara dəstək olmaq məqsədi ilə buranı seçdiyini qeyd etdi.

“Ziraat Bank Azərbaycan” ASC olaraq ilk məqsədimiz Azərbaycan və Türkiyə arasında ticarətin inkişaf etdirilməsidir və iqtisadiyyatın dinamik olduğu yerlərdə filiallarımızın sayını artırmağa davam edəcəyik!

IMG 20191025 WA0078IMG 20191025 WA0073 1572015934216IMG 20191025 WA0072 1572015934091IMG 20191025 WA0056 1572015933915IMG 20191025 WA0055 1572015933726IMG 20191025 WA0054 1572015933993IMG 20191025 WA0054 1572015933993IMG 20191025 WA0055 1572015933726IMG 20191025 WA0056 1572015933915IMG 20191025 WA0072 1572015934091IMG 20191025 WA0073 1572015934216IMG 20191025 WA0077IMG 20191025 WA0078

Son xəbərlər
Digər xəbərlər