İqtisadiyyat naziri Mikayıl Cabbarov BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) Baş Katibi Mukisa Kituyi ilə görüşüb.
İqtisadiyyat Nazirliyindən Banker.az-a verilən məlumata görə, görüşdə Azərbaycan və BMT arasında ticari-iqtisadi və digər sahələrdə əməkdaşlıq məsələləri, gələcək perspektivləri müzakirə edilib, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.