Kredit kartını başqaları ilə bölüşmək imkanı – Ukrayna bankında yenilik

“Middleware” şirkəti yeni olan “cardsharing” texnologiyasını işə salıb – Share.CreditCard. Bu texnologiya istifadəçilərə kredit kartını başqaları ilə bölüşmək imkanını verəcək.

Banker.az xəbər verir ki, xidmətin ilk əməkdaşı “A-Bank” olub, artıq bu bankın müştəriləri “Mastercard” ödəmə sistemi kartlarını digər istifadəçilərlə bölüşə biləcəklər.

Xatırladaq ki, Middleware ABŞ-da ofisə və Ukraynada isə inkişaf mərkəzinə malik olan Alexander Vityaz tərəfindən qurulan Ukrayna-Amerika şirkətidir. Şirkət biznes üçün “Corezoid” əməliyyat sistemini inkişaf etdirir.

“Share.CreditCard” xidməti necə işləyir:

·        “A-Bank” ın mobil tətbiqində kredit kartınızı bölüşmək istədiyiniz şəxsi seçin;

·        Kredit kartınızı bölüşmək istədiyiniz şəxsin çıxara biləcəyi məbləğin və bu məbləğdən istifadə müddətini qeyd edin;

·        “Mastercard” kartınız ilə bölüşün;

·        Pul alan şəxs ödənişləri “Google Play” vasitəsilə qeyd edilmiş limitlər çərçivəsində edə bilər;

Şirkətin verdiyi məlumata görə, bu yanaşma lazımsız komissiyalardan qaçmaq imkanını verir. Xidmət məxfiliyə heç bir təhdid yaratmır, çünki alan şəxs cüzdanına kartın məlumatlarını deyil (nömrə, CVV-kod), yalnız tokenini əlavə edir.

Gələcəkdə “Middleware” bu xidmət üçün ayrıca bir tətbiq işə salmağı və rəqəmsal cüzdanların (“Apple Pay”, “Google Pay”) nativ funksiyalara əlavə etməyi planlaşdırır.

 

 

 

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər