İranın Ali dini lideri Ayətullah Əli Xameneinin oğlu, 1959-cu il təvəllüdlü Mujtaba Xamenei də daxil olmaqla, 9 İran vətəndaşına sanksiya tətbiq edilib.
Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumatda, həmçinin İran Baş Qərargahının rəisinə də sanksiya tətbiq edildiyi vurğulanıb.
“The Washington Post” qəzetinin yazdığına görə, sanksiya altına düşən rəsmilər “Ali rəhbərin məsləhətçilərinin əsas dairəsini təşkil edir”.