Xatırladaq ki, Avropa avtomobillərinə yeni gömrük rüsumlarının tətbiqi ilə bağlı olan qərar may ayında qəbul ediləcəkdir. Son tarix – 13 noyabr.
ABŞ prezidenti Donald Tramp, Avropa Birliyindən avtomobil idxalına rüsum tətbiq edilməsinə dair qərarını daha altı ay təxirə sala bilər. Bu haqda mənbələrə istinadən “Politico” məlumat verib.
Son tarix daha altı ay təxirə salındığı təqdirdə, Tramp qərarını artıq 2020-ci ildə – prezident seçkilərinə hazırlıq dövründə elan etməli olacaq.
Qeyd edək ki, hazırda ABŞ və Avropa arasında ticarət danışıqları davam edir. “Vesti.Ekonomika”-nın daha əvvəl verdiyi məlumata görə, oktyabr ayında Vaşinqton bir sıra Avropa mallarına rüsum tətbiq olunduğunu açıqlayıb. Xüsusilə Aİ-da istehsal olunan təyyarələrə 10%, kənd təsərrüfatı məhsullarına isə 25%-lik tariflər tətbiq ediləcək.
Bütün bunlar ÜTT-nin razılığı ilə həyata keçirilir. Qeyd edildiyi kimi, ABŞ istənilən vaxt rüsumları qaldıra, malların siyahısını isə genişləndirə bilər.