1 C
Baku
Saturday, December 14, 2024

Çin yaxın 2-3 ay ərzində öz rəqəmsal valyutasını satışa çıxara bilər

Çin yaxın 2-3 ay ərzində öz rəqəmsal valyutasını satışa çıxara bilər, bu haqda “Foxconn Technology Group” tərəfindən dəstəklənən “HCM Capital” investisiya şirkətinin əməkdaşı məlumat verib.

Jack Lee-nin sözlərinə görə, Çində DCEP adlı elektron ödəmə sistemi hazırlanıb.  DCEP Çin Xalq Bankının mövcud elektron ödəmə şəbəkəsinin, bank infrastrukturunun və “Alipay” və “WeChat Pay” kimi digər ödəniş sistemlərinin hibridinə çevriləcək.

“Düşünürəm ki, rəqəmsal valyutamız yaxın 2-3 ay ərzində çıxarıla bilər”, – deyə Lee bazar ertəsi Sinqapurda keçirilən “FinTech”  festivalındakı çıxışında qeyd edir.

Onun sözlərinə görə, DCEP kriptovalyutasında kriptoqrafiyanın və blokçeyn texnologiyasının üstünlüklərindən istifadə olunub : aşağı xərclər və təhlükəsizlik da daxil olmaqla. Yeni rəqəmsal valyuta Çin Mərkəzi Bankına nəzarəti gücləndirməyə imkan verəcək.

Lakin bütün bu üstünlüklərə baxmayaraq, ekspertlər virtual valyutaların qaçaqmalçılıq, çirkli pulların yuyulması və terror təşkilatlarının maliyyələşdirilməsi kimi problemlərin kəskinləşməsinə gətirib çıxaracağını qeyd edirlər.

İsveçrənin beynəlxalq maliyyə məsələləri üzrə dövlət katibi  Danielle Stoffel CNBC-yə verdiyi açıqlamada Çinin planlarından təəccüblənmədiyini söyləyib.

Bu arada, Çindən geridə qalmamağa çalışan ölkə də məhz İsveçrədir. Belə ki, hələ bir il əvvəl ölkənin fond birjası kriptovalyuta əməliyyatları üçün yeni bazar infrastrukturunu yaratmaq planı haqqında məlumat vermişdir.  

Son xəbərlər
Digər xəbərlər