Barclays bank bankın keçmiş treyderlərindən biri tərəfindən qızıl üzrə qiymət manipulyasiyasına görə 26 milyon funt sterlinq (43,8 milyon dollar) cərimə olundu.
Böyük Britaniya tənzimləyicisinin bildirdiyinə görə, bank 2004-cü ildən 2013-cü ilə qədər qızıl üzrə təyin edilmiş qiymətlərə nəzarət etməyib.
İnsidentin özü bankın LİBOR üzrə faiz dərəcələri ilə manipulyasiya cəhdinə görə 450 milyon dollar cərimələndiyindən bir gün sonra baş vermişdi.
Treyder Daniel Plankett müştərilərin hesabı sayəsində gəlir əldə etmək məqsədilə ilə qızıl qiymətlərində manipulyasiyaya yol verdiyinə görə istefaya göndərilib. Tənzimləyici treyderin özünü də 96,500 funt dəyərində cərimələmişdir.