16 C
Baku
Monday, September 30, 2024

Tikan

İnsanların mütəmadi olaraq istifadə etdikləri yolun üzərində hündür bir xurma ağacı, onun altında isə iti uclu tikan bitmişdi. İnsanlar hər dəfə bu yoldan keçdikdə tikanlar onların ayaqlarına batır və onları yaralayırdı. İnsanlara buna əsəbləşir, tikanı söyür və niyə heç kimin onu qopartmadığına təəssüf edirdilər. Bütün bunları görə tikan qürurlanır və məğrur şəkildə başını qaldıraraq xurma ağacına deyir:

— Əgər heç kim sənin haqqında bir söz belə olsun demirsə, sənin hündürlüyündən nə fayda? Eşidirsən, ancaq mənim haqqımda danışırlar? Mənim şöhrətim dünyaya yayılıb, sən isə heç nəsən?

— Sənin şöhrətin də, özün kimi bərbaddır. İnsanların mənim haqqımda susması, sənin haqqında  deyilən sözlərdən dəfələrlə üstündür. Mənim haqqımda – verdiyim bəhrələri topladıqda danışırlar. Sən haqlısan, mənim haqqımda az danışırlar, lakin bu sözlər xeyir-dua və minnətdarlıqla zəngindir.

Son xəbərlər
Digər xəbərlər