PAŞA Bankın Premium kartları üzrə kampaniyasının ilk 14 qalibi artıq müəyyən olundu və öz hədiyyə dəstlərini əldə etdi. Siz də nağdsız əməliyyat aparmaqla qiymətli hədiyyələrin sahibi olun!
Xatırladaq ki, kampaniyanın şərtlərinə əsasən PAŞA Bankın Premium kartları ilə (Mastercard Gold, Visa Gold, Mastercard Platinum, Visa Platinum, Mastercard World Elite, Visa Infinite) ən az 50 AZN məbləğində ən çox əməliyyat aparan 14 müştəriyə mükafatlar təqdim ediləcək. Qaliblər hər 2 həftə ərzində müəyyən olunacaq və “500AZN-lik Monteleone kuponu + Miles&Smiles Black Edition” hədiyyə dəsti ilə mükafatlandırılacaq.
Qeyd olunmalıdır ki, kampaniyada PAŞA Bank Miles&Smiles kartları, həmçinin aşağıda adı keçən ödənişlər iştirak etmir:
-Dövlət ödənişləri
-Mərc, kazino və s. “unique” tipli ödənişlər
-Bank ödənişləri
Kampaniyada 1 müştəri yalnız 1 dəfə qalib ola bilər. Müştərinin bir neçə Premium kartı varsa, həmin kartlarla həyata keçirdiyi ödəniş sayı cəmlənir.
Kampaniyanın bitmə tarixi: 12.01.2020