Avropa İttifaqında (Aİ) yeni avtomobillərin satışları oktyabr ayında keçən ilin eyni dövrü ilə müqayisədə 8,7% artaraq 1 milyon 177 min 746 ədəd olub.
Bu barədə Avropa Avtomobil İstehsalçıları Birliyinin (ACEA) hesabatına xəbər verilir.
Məlumata görə, Avropa ölkələrində avtomobil qeydiyyatı bu ilin yanvar-oktyabr aylarında keçən ilin eyni dövrü ilə müqayisədə 0,7% azalaraq 12 milyon 946 min 921-ə enib.
Avropa İttifaqına üzv olan 28 ölkə arasında ən çox yeni avtomobil oktyabr ayında Almaniyada qeydiyyatdan keçib. Bu dövrdə Almaniyada 284 593, Fransada 188 987, İtaliyada 156 851 yeni avtomobil qeydiyyatdan keçirilib.
Hesabat dövründə, Aİ-də ən çox avtomobil satışını “WW Group”, “PSA Group” və “Renault Group” avtomobil şirkətləri həyata keçirib. Adı çəkilən şirkətlərdən müvafiq olaraq 293 077, 178 475 və 119 275 ədəd avtomobil satışı olub.
©Report