Xarici ölkənin Azərbaycandakı səfirliyində çalışan şəxsin vergi öhdəliyi nədən ibarətdir?
Banker.az Vergilər Nazirliyinin Media və Kommunikasiya İdarəsinə istinadən bildirir ki, Azərbaycan Respublikası ərazisində diplomatik nümayəndəliklərdə işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən gəlir vergisi Vergi Məcəlləsinin 101.1-ci maddəsinə əsasən hesablanır.
Belə ki, sözügedən yerlərdə çalışan şəxslərin əməkhaqqından vergilər 2500 manatadək 14 faiz, 2500 manatdan artıq olan hissənin 25 faiz dərəcəsi ilə vergi hesablanır.