Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində keçirilən avia-şouya qatılmış Avropanın təyyarə istehsalçısı – “Airbus” şirkəti 30 milyard dollarlıq 2 kommersiya müqaviləsi imzalayıb.
Banker.az xəbər verir ki, Report agentliyi bu barədə xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, müqavilələrdən biri BƏƏ-nin “Emirates” aviaşirkətinə 16 milyard dollar dəyərində 50 ədəd geniş gövdəli sərnişin təyyarəsinin, digər müqavilə isə BƏƏ-nin “Air Arabia” aviaşirkətinə 14 milyard dollar dəyərində 120 ədəd dar gövdəli sərnişin təyyarəsinin satılmasını nəzərdə tutur.