3 C
Baku
Saturday, December 14, 2024

Səfir: “ABŞ-da təhsil alanların Azərbaycan hökumətində təmsil olunması sevindiricidir”

“Azərbaycan hökumətinə yeni təyin olunanlardan bəziləri ABŞ-da təhsil alıb. Fikrimcə, bu, ölkənin xeyrinə olacaq”.

Banker.az “Report” istinadən xəbər verir ki, bu fikri “Facebook” istifadəçilərinin suallarına canlı yayımda cavab verən ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer bildirib.

“Prezident İlham Əliyev Azərbaycanın gələcəyi naminə şəffaflığı artırmağın, korrupsiyaya qarşı mübarizənin, qanunun aliliyini təmin etməyin vacibliyini dəfələrlə qeyd edib. Bu proses güclü və davamlı islahatlar aparılmasını şərtləndirir. Ümidvaram ki, yeni təyin olunan hökumət üzvləri ilə görüşüb islahatlarla bağlı söhbət etmək fürsətim olacaq. ABŞ-da təhsil alan şəxslərin Azərbaycan hökumətində təmsil olunmalarına çox şadam. Onların ABŞ-da təhsil almaları qarşılarında nadir perspektivlər açır, mövcud problemlərin öhdəsindən daha yaxşı gələrək Azərbaycana daha gözəl gələcək təmin etməyə çalışacaqlar”, – səfir deyib.

Son xəbərlər
Digər xəbərlər