Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Sığortaçının sistem əhəmiyyətli sığortaçı kimi qiymətləndirilməsi meyarları”nda dəyişikliklər edib.
Banker.az xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.
Qərara əsasən, bazar iştirakçısının sistem əhəmiyyətli sığortaçı kimi qiymətləndirilməsi üçün kateqoriyaların sayını 4-dən 3-ə, indikatorların sayı isə 8-dən 6-ya endirilib.
Bununla belə, sistem əhəmiyyətliliyi müəyyənləşdirmək üçün cəmi aktivlər indikatoru 20 %-dən 30 %-ə çatdırılıb.






