9 C
Baku
Thursday, December 12, 2024

“Google Play” istifadəçiləri mobil tətbiqlərin yüklənməsinə 14 mlrd. dollardan çox pul xərcləyib

Bu il “Google Play” və “App Store” istifadəçiləri mobil tətbiqlərin yüklənməsinə, eləcə də satınalınmasına 39,7 milyarddan çox vəsait xərcləyiblər.

Bu haqda “Sensor Tower” şirkətinin məlumatında deyilir.

“App Store” istifadəçiləri 25,5 milyard dollardan çox, “Google Play” istifadəçiləri isə 14,2 milyarddan çox vəsait xərcləyiblər.

Məlumata görə, ötən ilə nisbətən “Google Play”yə xərclənən vəsait 19,6%-dən, “App Store”ə isə 13,2%-dən çox artım müşahidə olunub.

Sözügedən platformalarda pul daha çox oyunlara xərclənib. Belə ki, müxtəlif oyun tətbiqlərinə “Apple” istifadəçiləri 17,6 milyard, “Android” istifadəçiləri isə 12 milyard dollardan çox vəsait xərcləyiblər. Ən çox gəlir gətirən oyunlar “Honor of Kings”, “Fate/Grand Order”, “Monster Strike, Candy”, “Candy Crush Saga”, və “PUBG Mobile” olub.  Həmçinin çox gəlir gətirən tətbiqlər arasında “Tinder” tanışlıq tətbiqi də yer alıb. Növbəti gəlirli tətbiqlər isə “Netflix” və Çinə məxsus “Tencent Video”, “iQIYI” videoservis proqramları olub. Sözügedən tətbiqlər “YouTube”dan daha çox gəlir gətiriblər.

©Ted.az

Son xəbərlər
Digər xəbərlər