1 C
Baku
Saturday, December 14, 2024

Nikoil Bank adını dəyişdi – Yelo Bank oldu

Nikoil Bank rebrendinq prossesinə başladı və bu yenilik öz əksini bankın adında, müştərilərə göstəriləcək xidmət səviyyəsində və bankın yeni filiallarının artımında tapacaq.

22 noyabr 2019 il Bakı – Nikoil Bank yeni adını və korporativ stilini təqdim edir. Yeni şuar –  “Parlaq Bankçılıq”-ın mənası bankın bütün fəaliyyət növlərində, eyni zamanda, bank xidmətlərində yeni bir yanaşma – “Parlaq Bankçılıq” barədə danışdı.

Bankın yeni adı Yelo –  ingilis sözü Yellow-nun (sarı) stilizə olunmuş təsfiridir.  Yeni ad göstərilən bank xidmətlərinin fərqli bir yanaşmasını, rəngarəngliyini, rahatlığını simvollaşdırır və Parlaq Bankçılıq şuarı altında həyata keçir. Sarı rəng həmçinin bankın yeni korporativ stilinin rəmzidir. Yeni Yelo Bank daha da parlaq, çevik, sürətli, rahat anlaşılan, etibarlı və ən əsası da dostсasına rəftar edən bank olacaq. Bankın yeni baxışı Azərbaycan sakinlərinin bank təcrübəsini yeniləyərək onların  daha böyük nailiyyətlər əldə etmələrinə köməklik göstərməyi nəzərdə tutur.

Yeni ada və korporativ stilə keçid tədricən baş tutacaq və gələn ilin aprel ayında tamamlanmağı nəzərdə tutulur. İlkin mərhələdə yeni loqotip rəsmi sənədlərdə və fərdi ünsiyyət elementlərində əks olunacaq. Reklam kommunikasiyalarında köhnə bank loqotipi bir müddət istifadə ediləcək. Bundan sonrakı aylarda filialların, bankomatların, web-səhifələrin, reklam materialların dizaynı tamamilə yenilənəcək və Yelo Bank ilə əvəzlənəcək.

“Parlaq Bankçılıq”- Yelo Bank-dan bank xidmətlərinin göstərilməsində yeni bir yanaşmadır. Müştəri hər zaman bizim üçün birinci yerdədir!  Onun hər bir müraciyyətinə hər zaman həll tapılacaq, təbəssüm və ürəklə xidmət göstəriləcək, xidmətlər isə daha da sadə və əlçatan olacaq. Göstərilən bank xidmətlərinin yeni modelinin tətbiqi  filial şəbəkələrinin yenilənməsi və tamamilə yeni dizayna keçidi ilə paralel baş tutacaq. 

Bankın rebrendinqi tanınmış London agentliyi Winkreative  tərəfindən həyata keçirilmişdir. Bu şirkət 20 ildən artıq maliyyə qurumları və tanınmış böyük beynəlxalq brendlərlə əməkdaşlıq edir.

Bankın əsas səhmdarı, tanınmış Azərbaycan mənşəli iş adamı Ələkbərov Vahid Yusif oğlu bankın işçilərini uğurlu yenilənmə başlanğıcı ilə  təbrik etdi: “Yelo Bank yalnız yeni bir ad və yeni rəng deyil. Bu, iki ildir davam edən işlərin təzahürüdür və bunun nəticəsində bankın keyfiyyətcə müasir səviyyəyə keçməyə hazır olmasıdır. Əminəm ki, yeni Yelo Bank etibarlı və sürətli inkişaf edən bir maliyyə qurum kimi Azərbaycanın bank bazarında layiqli yer tutacaq. Bankın əsas səhmdarı olaraq hər zaman bu banka  dəstək olacam!”.

Bankın Müşahidə Şurasının sədri Marina V. Kulişova bildirdi ki: “Bizim strategiyamıza əsasən, Yelo Bank mikro, kiçik və orta sahibkarlara, fiziki şəxslərə xidmət göstərməyə və kredit verməyə  yönlənəcək. Biz bu seqment üçün ən cəlbedici bank olmaq istəyirik və öz resurslarımızı yenilikçi, müasir maliyyə xidmətlərinin həyata keçirilməsi üçün istifadə etməyə hazırıq. Bununla Yelo Bank Azərbaycanın bank sektorunun ümumi inkişafına öz töhfəsini verəcəkdir “.

 Bankın İdarə Heyətinin sədri Nikoloz Şurqaia qeyd edib ki: “Bankın komandası yeni ad, rəng və bizim üçün vacib olan bu yeniliyinin arxasında olan məna ilə ilhamlanır. «Brighter Banking – Parlaq Bankçılıq» – bizim ümumi komandamızın bir hissəsi olaraq hər işçinin ilhamlanmış işi  nəticəsində qurulan yeni müştəri xidməti modelidir. Eyni zamanda, səhmdarların bankımıza verdiyi dəstəyin böyük əhəmiyyətini qeyd etmək istəyirəm. Əminəm ki, Yelo Bank tezliklə müasir, qabaqcıl, texnoloji və ən əsası müştərini birinci yerdə tutan bir bankın simvoluna çevriləcəkdir “.

 

Son xəbərlər
Digər xəbərlər