Louis Vuitton və Dior-un sahibkarı Bernar Arno ən böyük sövdələşməsini bağlamağa hazırlaşır. Belə ki, o, Tiffany şirkətini 16,7 mlrd. dollara almaq qərarına gəlib.
Əməliyyatdan qabaq tərəflər bəzi maneələri aradan qaldırmalıdırlar.
LVMH şirkətinin son təklifini təsdiqləmək üçün hər iki şirkətin direktorlar şurası şənbə günü bir araya gələcək. Qeyd edək ki, LVMH Tiffany-yə hər səhmə görə 135 dollar təklif edir.
Yeni qiymət, Arno-nun oktyabrın sonunda təklif etdiyi ilkin qiymətdən 12,5% çoxdur. O zaman onun şirkəti Tiffany-ni hər səhmə görə 120 dollara almaq istəyirdi. Amma Tiffany bu təklifə qane olmayıb.