13 C
Baku
Thursday, November 7, 2024

Rəhbər vəzifələrə qadınların təyin edilməsi itkilərə səbəb olur? – TƏDQİQAT

Sərmayədarlar biznes dünyasında qadınlara qaşı qərəzlidirlər – məlum olub ki, rəhbər vəzifələrə qadınların təyin edilməsinin itkilərə səbəb olduğunu söyləyiblər. Bu haqda “Organization Science” jurnalının tədqiqatına istinadən “Bloomberg” yazır. Lakin ekspertlər gəlir ilə cins müxtəlifliyi arasında birbaşa əlaqənin olmadığını iddia edirlər.

Tədqiqat nəticəsində məlum olmuşdur ki, direktorlar şurasında qadınların daxil olduqdan sonra şirkətin səhmləri ucuzlaşmağa başlayır – orta hesabla düşmə iki il davam edib. Lakin tədqiqatın həmmüəllifi olan Kays Snellman, gender bərabərliyinin şirkətin gəlirliliyinə əhəmiyyətli dərəcədə təsir etmədiyini söyləyir.

Əslində səhmlərin ucuzlaşması sərmayədarların qadın rəhbərlərinə qarşı neqativ münasibət bəsləməsi ilə əlaqəlidir. Keçirilmiş təcrübə nəticəsində məlum olub ki, respondentlər kişinin rəhbərliyi altında fəaliyyət göstərən şirkətləri daha perspektivli hesab edirlər.

Daha əvvəl “S&P Global” qadınların rəhbərlik etdiyi şirkətləri təhlil edərək, onların fond bazarında kişilərin rəhbərlik etdiyi şirkətlərdən üstün olduğunu müəyyən etmişdir.

 

Son xəbərlər
Digər xəbərlər