“Parlament gənclərdən ibarət olacaq”

“Yeni Azərbaycan Partiyası (YAP) Azərbaycan dövləti və cəmiyyəti üçün mühüm qərar qəbul edib”.

Bunu Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov söyləyib. O qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən mühüm islahatlar aparılır:

“2019-cu il ərzində Prezidentin təşəbbüsü və imzaladığı sərəncamlarla əhəmiyyətli sosial layihələr həyata keçirilib. Ölkə başçısının islahatları cəmiyyətdə müsbət qarşılanır. Azərbaycanda hakimiyyətin iki qolunda – icra hakimiyyətində və məhkəmə hakimiyyətində mühüm islahatlar keçirilib”. 

Ə.Əhmədovun sözlərinə görə, YAP üzvləri belə qərara gəlib ki, Prezidentin islahatları qanunverici hakimiyyətdə də əksini tapsın.

“YAP-ın Siyasi Şurası qərara aldı ki, Azərbaycan parlamentinin də yenilənməsi, müasirləşməsi də islahatlar prosesinə aid edilsin. Buna görə də parlamentin buraxılmasına dair Prezidentə müraciət ünvanlanıb. Parlamentdə YAP- ı təmsil edən deputatlar qərara gəldilər ki, Milli Məclisə müraciət ünvanlansın. Güman edirəm ki, parlament rəhbərliyi bunu nəzərə alıb, Milli Məclisin plenar iclasında məsələni müzakirəyə çıxaracaq”.

                                                                                                                    Modern.az

 

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər