6 C
Baku
Sunday, December 15, 2024

Uşaq bağçalarına qəbul elektron qaydada həyata keçiriləcək

Gələn ilin yanvar ayından etibarən paytaxtın uşaq bağçalarına qəbul elektron qaydada həyata keçiriləcək.

Bunu Bakı Şəhər İcra Hakimiyyətində keçirilən geniş tərkibli seminar-müşavirədə Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının rəhbəri Elgin Həbibullayev deyib.

O, bildirib ki, bağçalara elektron qəbula keçidlə bağlı hazırlıq işləri başa çatmaq üzrədir və gələn ilin əvvəlindən pilot layihə olaraq Nizami rayonunda bağçalara elektron qaydada qəbula başlanılacaq, sonradan isə mərhələli şəkildə digər rayonlar da yaradılan elektron sistemə qoşulacaq.

©Trend

Son xəbərlər
Digər xəbərlər