6 C
Baku
Friday, December 26, 2025

Kredit kalkulyatoruna görə 19,5 min manat ödəyəcək

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) 8 təqvim günü ərzində axtardığı şirkəti nəhayət tapa bilib.

Banker.az bildirir ki, AKİA-nın axtarışda olduğu xidmət kredit kalkulyatorunun hazırlanması ilə bağlı olub.

Bu xidməti yerinə yetirməyi 19,5 min manat müqabilində “ICOMP LTD” adlı şirkət götürüb. Müqavilə isə 2 dekabrda AKİA ilə imzalanıb.

AKİA Azərbaycan Prezidentinin sərəncamı ilə yaradılıb və aqro-sektorda fəaliyyət göstərən fiziki və hüququ şəxslərə güzəştli kreditlər verir. Hazırda 23 maliyyə qurumu ilə AKİA-nın müqaviləsi var və bu əməliyyatları onlar həyata keçirirlər.

Kredit kalkulyatoru – hansı məbləği götürmək istədiyinizi və ödənişləri neçə ay etmək istədiyinizi seçməlisiniz. Sizə sərf edən bank faizini tapdıqdan sonra isə aylıq ödənişlərin miqdarını, cəmi kredit faizlərini və ümumi məbləği tapa bilərsiniz. 

 

Son xəbərlər
Digər xəbərlər