5 C
Baku
Saturday, December 14, 2024

Sığorta şirkətinin rəhbəri yeni şirkət təsis edib

Azərbaycanda daha bir şirkət yaradılıb.

Banker.az xəbər verir ki, yeni yaradılan şirkətin adı “Aviation Services Group”dur.

Bu şirkətin nizamnamə kapitalı 1 000 manatdır. “Aviation Services Group” hüquqi olaraq Bakı şəhəri, Xəzər rayonu, Heydər Əliyev Beynəlxalq Aeroportu, ev “Bakı karqo Terminal” binasında fəaliyyət göstərəcək.

Yeni təsis edilən şirkətin qanuni təmsilçisi Məmmədov Teymur Namiq oğludur.

Bildirək ki, “İpək Yolu Sığorta” ASC-nin Direktorlar Şurasının sədri Teymur Namiq oğlu Məmmədovdur. Cari ildən sığorta şirkətinə rəhbərlik etməyə başlayıb.

Xatırladaq ki, “İpək Yolu Sığorta” 2011-ci ildə “AZAL Sığorta” ASC-nin bazasında yaradılıb, “Silkway Holding” MMC-yə daxildir.

Son xəbərlər
Digər xəbərlər