Kanadanın Britaniya Kolumbiyası əyalətində dünyada ilk dəfə tamamilə elektrik enerjisi ilə işləyən təyyarə səmaya qalxıb.
Bu barədə “Harbour Air Seaplanes” şirkəti məlumat yayıb.
Qeyd edilir ki, uçuş Şimali Amerikada ən böyük hidroplanların istehsalı üzrə aviaşirkət “Harbour Air”ın və “elektrik aviasiyası sahəsində inqilab” etmiş “MagniX” şirkətlərinin birgə fəaliyyəti sayəsində mümkün olub. Hava maşını hələlik ticarət məqsədi ilə istismara buraxılıb.
“(Şirkətlər – red) …bu gün dünyada tamamilə elektriklə işləyən ilk ticarət təyyarəsinin müvəffəqiyyətli uçuşunu elan ediblər. Bu gün səhər Riçmondda (Kanada şəhəri – red.) “Havilland Canada DHC-2 Beaver”markalı təyyarəsinin müvəffəqiyyətli uçuşu reallaşıb”, – deyə xəbərdə bildirilib.
Təyyarənin mühərriki 750 at gücünə malikdir.
“Bu tarix aviasiyada üçüncü eranın – elektrikin başlanğıcı kimi əlamətdardır”, – xəbərdə qeyd edilir.
Təyyarəni “Harbour Air” şirkətinin baş direktoru və banisi Qreq Makduqall idarə edib.
©Report