“Dövlət Turizm Agentliyi Bakıda turistlər üçün yardım-dəstək mərkəzi yaradacaq. Həmin mərkəz 2020-ci ilin yay mövsümündə istifadəyə veriləcək” .
Bunu açıqlamasında Azərbaycan Dövlət Turizm Agentliyin Mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə deyib.
Onun sözlərinə görə, həmin mərkəzin fəaliyyətində digər dövlət qurumlarının iştirakı da nəzərdə tutulur: “Hazırda proqram təminatının yaradılması istiqamətində iş aparılır. Biz düşünürük ki, mərkəz növbəti ilin turizm mövsümündə, yəni yay mövsümü üçün istifadəyə veriləcək”.
K.Quluzadə qeyd etdi ki, həmin mərkəzdə bir sıra xidmətlər cəmləşəcək və əlaqə üçün dördrəqəmli qaynar xətt olacaq.
Bununla yanaşı Balakənddə Turizm İnformasiya Mərkəzi fəaliyyət göstərəcək.
Onun sözlərinə görə, mərkəzin yaradılması da növbəti ildə nəzərdə tutulur: “Mərkəz turistlər üçün müxtəlif xidmətlər göstərəcək. Mərkəzin yaradılmasında turistlər Azərbaycan ərazisinə Balakənddən keçəndə məlumat əldə etsinlər”.
©Report