Azərbaycanda fəaliyyət göstərən kabel operatorları üçün yeni tələb müəyyənləşib.
Milli Televiziya və Radio Şurasının (MTRŞ) müvafiq qərarı ilə Azərbaycan ərazisində fəaliyyət göstərən kabel operatorları (internet, efir-kabel, peyk) tərəfindən öz şəbəkələrində Azərbaycan telekanallarının yayımının həyata keçirilməsi təmin edilməlidir.
Qərarı MTRŞ sədri Nuşirəvan Məhərrəmli imzalayıb.
©APA