Bu ilin yanvar-oktyabr aylarında xarici investorlar Türkiyədə 10 682 şirkət yaradıb.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,6% azdır.
Xarici kapitallı yeni şirkətlərin 949-u anonim, 9 733-ü isə “limited” (məhdud məsuliyyətli) şirkətlərdir. Son 1 ildə “anonim” şirkətlərin sayı 1,9% artıb, “limited” şirkətlərin sayı isə 4,15% azalıb.
10 ay ərzində xaricilərə məxsus şirkətlərin ümumi nizamnamə kapitalı, təxminən, 4 milyard lirə və yaxud 690 milyon ABŞ dolları təşkil edib. Bunun 1,4 milyard lirəsi və yaxud 240 milyon dolları “anonim” şirkətlərə, 2,6 milyard lirəsi və yaxud 450 milyon dolları isə “limited” şirkətlərə yatırılıb.
Hesabat dövründə Türkiyədə ən çox anonim şirkətləri İran (49), Almaniya (45) və Azərbaycandan (31) olan investorlar yaradıb. “Limited” şirkətlərin sayına görə isə ilk 3-lüyə İran (772), Suriya (384) və Səudiyyə Ərəbistanı (362) daxildir
Report