10 C
Baku
Wednesday, December 11, 2024

Süni intellekt hesabın blok olunacağını proqnozlaşdıracaq

Rusiyanın sahibkarlar üçün “Tochka” bankı, yaxın 3 ayda verginin hesab əməliyyatlarını dayandıracağını ehtimal edir. Hesabın blok olacağı ehtimalı 80%-dan çox olduqda, müştərinin e-poçtuna bununla bağlı müvafiq bildiriş gələcək.

Sistem şirkətin, fərdi sahibkarın və menecerin yaşını təhlil edir, hesabın əvvəlcədən bağlandığını və ya bağlanmadığını nəzərə alır və hesabı blok edilmiş digər müştərilər tərəfindən daha çox hansı maliyyə əməliyyatlarını həyata keçirdiyini müəyyənləşdirir.

Bankın meneceri Darya Lopovçeva, bu vasitənin biznesə kömək edəcəyini söyləyib, çünki “iki sahibkardan biri ən azı bir dəfə hesabın blok edilməsi problemi ilə qarşılaşıb”.

“Risk altında olan” sahibkarlara təhlükə barədə xəbərdarlıq ediləcək və hesablarını necə qorumaq olar barədə konkret tövsiyələr veriləcək. Qeyd edək ki, bu, Rusiyanın hesabların blok olunacağını proqnozlaşdıran ilk texnologiyadır. Daha əvvəl “Sberbank” işdən çıxarılmanı proqnoz edən süni intellektin istifadəsinə başlamışdır.

Son xəbərlər
Digər xəbərlər