8 C
Baku
Friday, December 13, 2024

AMB istehlak kreditlərinin inflyasyon genişlənməsini daxili risk sayır

Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin pul siyasətinə həsr olunmuş son iclasından bəri inflyasiyanın risklər balansında əhəmiyyətli dəyişiklik baş verməmişdir. Profisitli tədiyə balansı, dayanıqlı məzənnə, adekvat monetar şərait və aşağı inflyasiya gözləntiləri qiymətlərə sabitləşdirici təsir göstərir.

Bu barədə AMB-nin İH-nin bugünkü sonuncu iclasında açıqlanan qərarda deyilir.

Ortamüddətli dövrə risklər əsasən xarici sektorla – qlobal iqtisadi artımın səngiməsi, bunun enerji daşıyıcıları qiymətlərinə mümkün təsirləri və dünya ərzaq bazarında bahalaşmanın davam etməsi ilə bağlıdır. Beynəlxalq Valyuta Fondunun son qiymətləndirmələrinə görə qlobal iqtisadi artım tempi qlobal maliyyə böhranından keçən dövrdən ən aşağı səviyyəyə enmişdir. Fond növbəti il və ortamüddətli dövrə qlobal iqtisadi aktivliyin artım tempini azalma istiqamətində təshih etmişdir. Daxili risk faktorlarına isə genişlənən büdcə xərcləri nəticəsində pul kütləsinin artması və istehlak kreditlərinin inflyasyon genişlənməsi aiddir. Ortamüddətli dövrdə də pul siyasəti ilə sıx koordinasiya edilmiş qayda əsaslı fiskal siyasət qiymət sabitliyinin dayanıqlığının əsas şərtlərindən biri olaraq qalacaqdır.

Mərkəzi Bank faiz dəhlizi parametrlərinə dair növbəti qərarlarını faktiki və hədəflənən inflyasiyanın uzlaşma dərəcəsindən, dəyişən makroiqtisadi şəraitdən və risklərin reallaşma ehtimalından asılı olaraq qəbul ediləcəkdir.

Bu qərar 13 dekabr 2019-cu ildən qüvvəyə minir. Mərkəzi Bankın İdarə Heyətinin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı barədə məlumat 2020-ci il yanvar ayının 31-də ictimaiyyətə açıqlanacaqdır.

Son xəbərlər
Digər xəbərlər