Netanyahu sabah ABŞ-yə səfər edəcək

İsrailin Baş naziri Benyamin Netanyahu Amerika lideri Donald Trampla görüşmək üçün iyulun 27-də ABŞ-yə səfər edəcək.

Netanyahu bu barədə hökumətin həftəlik iclasının əvvəlində bildirib.

“Sabah mən Trampın dəvəti ilə onunla görüşmək, daha sonra isə senator Lindsi Qremin dəfn mərasimində iştirak etmək üçün Vaşinqtona yola düşəcəyəm. Mən prezident Trampla gündəlikdəki bütün məsələləri, o cümlədən İran ətrafındakı vəziyyəti müzakirə edəcəyəm”, – Netanyahu bildirib.

MənbəREPORT
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər