21 C
Baku
Thursday, September 19, 2024

Ağalarovun şirkəti Baku Crystal Hall-u xarici işıqlarla bəzəyəcək

Azəbaycan əsilli milyarder Araz Ağalarovun Azərbaycanda törəmə şirkəti “Corcus Tranding” MMC Baku Crystal Hall  (“Bakı Kristal Zalı” MMC) ilə 165 min manata yaxın dəyərdə LED lampalar gətirir.

Banker.az xəbər verir ki, bununla bağlı hər iki tərəf arasında yola saldığımız həftənin cümə axşamı (12.12.19) müqavilə imzalanıb. Əldə olunan məlumatda qeyd edilir ki, müqavilənin predmeti  xarici membranın LED lampaları və havalandırma sisteminin xüsusi filterlərinin satın alınması olacaq.

Adıçəkilən tenderdə iştirak üçün elan 12 noyabr 2019-cu il tarixində verilmiş və qaydalara əsasən hər iştirakçı 600 manat iştirakhaqqı verməli idilər.

Bildirilir ki, tenderdə qalib olmaq üçün 3 şirkət arasında “yarışma” baş tutub.

Qeyd edək ki, “Crocus Tranding” MMC 2010-cu ildə dövlət qeydiyyatına alınıb. Azərbaycanlı milyarderin “Crocus Group”una daxil olan şirkətdir. Bu şirkətlə eyni ünvanda “Breeze Hotel” MMC vardır ki, eyni şəxs tərəfindən qanuni təmsil olunur.

Rəsmi mənbələrdəki qeydə görə, Bakıda Crocus loqosundan istifadə ilə 2004-2010-cu illərdə “Crocus Construcion”,  “Crocus İnteriors”, “Krokus Azerbaycan”, “Krokus Baki” və “Krokus” şirkətləri yaradılıb.

Başlıq

Açıqlama

Miqdar

 

Torba tipli filtr (592x592x535)

Hava filtrı

275

ədəd

AA508200055, 32PXL DotXL-9 String RGB 45cm Pitch – Led lampa. IP RATING: IP66/IP67 komplekt (5 metr kabeldə 10 led lampa, üst qapağı və kronşteyn ilı birlikdə)

Led lampa

23

dəst

AA508850055, TX Connect Data İndoor/Outdoor Bridge Cable – Açıq hava üçün lent tipli kabel. IP RATING: IP66/IP67

Led Lampa

52

m

Panel tipli filtr (592x287x48)

Hava filtrı

14

ədəd

Panel tipli filtr (592x592x48)

Hava filtrı

57

ədəd

Torba tipli filtr (592x287x535)

Hava filtrı

97

ədəd

Dot XL Pixel Distributor Box, DO.SE.0000100, – Ledin konfiqurasiyasına görə proqramlanan idarəetmə DMX pixel driver. IP RATING: IP66/IP67

Led Lampa

27

ədəd

AA4386300HA, Led Engine 150W 15V Outdoor – Ledlərin idarə edilməsi üçün 150w 15v çöl istehsalı qıda bloku. IP RATING: IP66/IP67

Led Lampa

8

ədəd

 

Son xəbərlər
Digər xəbərlər