3 C
Baku
Saturday, December 14, 2024

Ərdoğan “Avro-2020”də Türkiyənin keçirəcəyi iki görüşü Bakıda izləyəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Avro-2020”də Türkiyənin keçirəcəyi iki görüşü Bakıda izləyəcək.

Bu barədə R.T.Ərdoğan Türkiyənin bir neçə televiziya və radiosuna verdiyi müsahibəsində bildirib.

R.T.Ərdoğan deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev onu Bakıya dəvət edib.

“İlham Əliyev qardaşımla görüşdük, o da məni gözləyir. İnşallah, oraya gedər və qrupdan uğurla çıxarıq”, – deyə Türkiyə Prezidenti əlavə edib.

Qeyd edək ki, futbol üzrə “Avro-2020”nin A qrupunun Bakı Olimpiya Stadionunda keçiriləcək oyunlarının təqvimi müəyyənləşib.

İyunun 13-də Uels-İsveçrə, dörd gün sonra Türkiyə-Uels, ayın 21-də isə İsveçrə-Türkiyə oyunları keçiriləcək.

A qrupunda mübarizə aparacaq İtaliya milli komandası bu mərhələdəki hər üç oyununu Roma şəhərindəki “Olimpiko” stadionunda keçirəcək.

©Oxu.az

Son xəbərlər
Digər xəbərlər