10 C
Baku
Friday, December 13, 2024

ABŞ-da “Huawei” in avadanlıqlarını almağa qadağan edən yeni qanun layihəsi qəbul edilib

ABŞ-ın Nümayəndələr Palatası, hökumətə “Huawei” in avadanlıqlarını almağa qadağan edən yeni qanun layihəsini qəbul edib. Qeyd edildiyi kimi, “Huawei” kimi şirkətlərdən telekommunikasiya avadanlıqlarının alınması ölkənin milli təhlükəsizliyi üçün təhdiddir. Bu haqda “The Hill” məlumat verib.

Qanun layihəsi Federal Rabitə Komissiyasına “milli təhlükəsizliyə təhdid yaradan hər hansı bir şirkətdən telekommunikasiya avadanlıqlarının alınması üçün vəsait ayırmağı qadağan edir”. Bildirilir ki, ABŞ-ın Federal Rabitə Komissiyası kiçik və kənd provayderlərinə “şübhəli şəbəkə apaydınlarını” ləğv etmək və onları daha etibarlı hesab olunan məhsullarla əvəz etmək üçün 1 milyard dollarlıq proqram yaratmalı olacaq.

Xatırladaq ki, “Huawei” şirkəti telekommunikasiya avadanlıqlarının ən böyük istehsalçılarından biridir. ABŞ Çinin texnologiya şirkətlərini ÇXR hökuməti ilə gizli əlaqələr qurmaqda günahlandırır, şirkət bütün ittihamları rədd edir.

2019-cu ilin may ayında ABŞ-ın Ticarət Nazirliyi “Huawei” şirkətini və onunla əlaqəli olan hüquqi şəxsləri “qara siyahı” ya əlavə etmişdir.

Son xəbərlər
Digər xəbərlər