Azərbaycan Respublikasının 2020-ci il üzrə dövlət büdcəsindən Milli Məclis üzrə xərcləri 46,39 mln. manat təşkil edəcək.
Banker.az xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanununun tətbiqi ilə bağlı bir sıra məsələrlə barədə Prezident İlham Əliyev fərman imzalayıb.
Bu isə ötən il ərzində Milli Məclisə ayrılan xərclərin həcmindən 66,4% daha çox olması deməkdir.
Qeyd edək ki, ötən ilin büdcəsindən MM-in xərcləri 27,88 mln. manat təşkil edirdi.