Bakıda səfərdə olan Ukrayna prezidenti Vladimir Zelenski uşaqlarına oyuncaq almaq üçün mühafizəçilərin müşaiyəti olmadan oyuncaq mağazasına gedib.
Bu barədə foto zelenskiy.office İnstagram səhifəsində yer alır.
Qeyd olunur ki, Ukrayna dövlətinin başçısı Bakıdakı “Oyuncaq evi” mağazasına daxil olub və uşaqlarına hədiyyə alıb.
Qeyd edək ki, Zelenskinin Bakıda rəsmi proqramı artıq başa çatıb, Ukrayna prezidentinin bu saatlarda öz ölkəsinə yola düşəcəyi gözlənilir.
©Virtualaz.org