Ölkənin ən maliyyə baxımdan ən böyük “zərərçəkmişi” – “Azərsu” ASC-nin “RSM Azerbaijan” MMC ilə satınlama müqaviləsi imzalayıb.
Banker.az xəbər verir ki, audit şirkəti “Azərsu”nun 2019-cu il üzrə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq hazırlanmış maliyyə hesabatlarının auidit olunması xidmətləri həyata keçirəcək.
130 390 manata bağlanan bu xidmət müqaviləsində, dövrün sonuna maliyyə vəziyyəti haqqında hesabat; dövr üzrə ümumi gəlir haqqında hesabat; dövr üzrə kapitalda dəyişiklik haqqında hesabat; dövr üzrə pul vəsaitlərinin hərəkəti haqqında hesabat; mühüm mühasibat uçotu prinsipləri və digər izahedici məlumatdan ibarət olan qeydlər aparılacaq.
Səhmdar cəmiyyət bununla artıq 3 il ard-arda “RSM Azerbaijan”la eyni müqaviləni bağlamalı olacaq. 2016-ci ildə “Ernst and Young”ın Azərbaycandakı törəməsinə audit hesabatını aparmağı həvalə edib.
“Azərsu” səhmləri dövlətə məxsus olan ən böyük təchizatçı açıq səhmdar cəmiyyətlərdən biridir. Ötən il üzrə illik audit hesabata əsasən Cəmiyyət 83,78 mln. manatlıq gəlirlər ilə maya dəyəri fərqindən, yəni, ümumi mənfəət əldə edib. Ümumi mənfəəti isə Cəmiyyətin xərclərini nəinki qarşılaya bilməyib, hətta 476,88 mln. manatlıq əməliyyat zərərinə salıb.
Nizamnamə kapitalı 400 mln. olan “Azərsu”ya dövlət dəstəyi, büdcədən ayrımlar illərdir ki, davam edir. Yeni təsdiqlənən qanunda da qeyd edilir ki, “Azərsu” üçün 38 milyon manatlıq yardım ayrılacaq. “Azərsu”nun balansındakı böyük zərəri 6 milyard 384,7 milyon manatlıq illərin yığılmış zərərini vardır.
Balans kapitalında 2 milyard 13 milyon manatlıq əlavə ödənilmiş kapital və 4 milyard 910 milyon manatlıq dövlət investisiyaları vardır.
Ehtimal edilmir ki, “Azərsu” bu zərəri bağlamaq üçün bir il içində “sürpriz” gəlirlər qazanıb, öz xərclərini qarşılasın və yığılmış zərəri azalda bilsin.